Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Keçmiş məcburi köçkün və qaçqınları öz doğma torpaqlarına geri qayıtmaq üçün nəhəng bir çağırışla üz - üzəyik

0

  •       Ağdamda Yeni Şəhər Gündəliyiİşğal altında olan Ağdam 20 noyabr 2020 - ci ildə azad olundu. Bir zaman həyat dolu olan Ağdam şəhəri işğal dövründə tamamilə dağıdılıb. 30 il ərzində Ağdam şəhərini tamamilə viranə çeviriblər. Bütün binalar sökülüb, daşlarına qədər oğurlanıb. Hamımızın tanıdığı, qaçqın və məcburi köçkünlərimizin bir zamanlar yaşadığı Ağdam şəhərində qalan yeganə bina isə Cümə məscididir. Cümə məscidinin binası da yarıdağılmış formadadır. İşğal altında olan torpaqlarımızda ümumilikdə 67 məsciddən 65-i tamamilə dağıdılıb. Onlardan biri Şuşada, digəri ilə Ağdamda olan Cümə məscididir ki, o da təhqir olunub. Həmin məsciddə düşmən donuz, inək saxlayıblar. Bunlara dair foto və video sübutları var.Keçmiş məcburi köçkün və qaçqınları öz doğma torpaqlarına geri qayıtmaq üçün nəhəng bir çağırışla üz - üzəyik. Genişmiqyaslı bərpa proqramları işlənib hazırlanır. Ən böyük çətinliklərdən biri də minalardır. İşğaldan azad olunmuş torpaqlarımızda 1 milyondan çox mina basdırılıb. Vətən müharibəsi 2 il bundan əvvəl başa çatsa da, hələ də həmin torpaqlarda mina partlayışı baş verir. Azərbaycana qarşı terror siyasəti hələ də davam edir.Müstəqilliyimizin ilk illərində 1 milyondan çox azərbaycanlı öz doğma torpaqlarından çıxmağa məruz qalıb. Həmən illərdə qaçqın və məcburi köçkünlərə  göstərilən dəstəyə görə beynəlxalq təşkilatlara, BMT təsisatlarına çox minnətdarıq. Azərbaycan işğal altından azad olan torpaqlara gələn hər bir əcnəbi qonaqlar, jurnalistlər  ermənistan işğalı və təcavüzünün nəticəsini görürlər. Dağıdılmış, viran qoyulmuş yerlər görməyə gələn qonaqlarda pis təsir göstərir. Ağdam keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdılması üçün çalışılır. Bərdə - Ağdam dəmir yolu gələn il fəaliyyətə başlayacaq. Ağdamda magistral yollar və kənd yolları tikilməkdədir. Elektrik təchizatı tamamilə bərpa olunub. Eyni zamanda Ağdam şəhərində bir neçə evin tikintisinə başlanılıb. Ağdam rayonunun Xıdırlı,   Kəngərli və Sarıcalı kəndlərinin də təməlqoyma mərasimində Cənab Prezident İlham Əliyev iştirak edib. Ağdam şəhərində eyni zamanda min yerlik məktəb binasınının da tikintisinə başlanılıb.05.10.2022 - ci il tarixdə Ağdamda  BMT -nin  Məskunlaşma Proqramı və Dövlət Şəhərsalma  və Arxitektura Komitəsinin birgə əməkdaşlığı. ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda "Dayanıqlı İnkişaf məqsədləri" və "Yeni Şəhər Gündəliyi"  - postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi, mövzusunda Azərbaycan  Milli Şəhərsalma forumu işə başlayıb. Foruma Azərbaycan Respublikasının Prezidenti  Cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da iştirak ediblər. Cənab prezident  forumda çıxış edib. Onun BMT - nin Məskunlaşma Proqramının icraçı direktoruna minnətdarlığını bildirib. O, çıxışında Ağdam beynəlxalq əlaqələrin başlanğıcıdır deyərək bildirib.  İlham Əliyev son çıxışında biz qayıtmışıq, güc yolu ilə qayıtmışıq, burada əbədi yaşamağa qayıtmışıq deyə çıxışını bitirib.  Qeyd etdiyimiz kimi, ölkəmizdə ilk dəfə məhz Ağdam şəhərində keçirilən Azərbaycan Milli Şəhərsalma Forumu dünyanın müxtəlif ölkələrindən olan sahə mütəxəssislərinin təcrübəsinin bölüşməsi, əməkdaşlıq  əlaqələrinin genişləndirilməsi baxımından uğurlu platformadır. Ölkəmiz növbəti Şəhərsalma Forumunun sessiyalarının birinə ev sahibliyi etmək arzusundadır. Aydın Əliyev,Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib51 dəfə
    Keçmiş məcburi köçkün qaçqınları öz doğma torpaqlarına geri qayıtmaq üçün nəhəng bir çağırışla üz üzəyik

    Maraqlı gələ bilər
    47
    149
    61